Quyuların tamamlanma xidmətləri

Neft və qaz quyularının tamamlanması üzrə tam çeşidli xidmətlər təqdim edirik.

Tamamlanma qazma başa çatdıqdan sonra quyunun hasilata hazırlanmasıdır: məhsuldar lay quyu ilə əlaqələndirilir, digər horizontlar isə izolyasiya olunur. Bu mərhələdə verilən qərarlar quyunun bütün istismar dövrü boyunca debitini və təmir tezliyini müəyyən edir.

İşlərə istismar kolonunun endirilməsi və sementlənməsi, perforasiya, paker və nasos-kompressor borularının quraşdırılması, quyuağzı avadanlığın və fontan armaturunun montajı daxildir. Konstruksiya lay şəraitinə görə seçilir — açıq və ya örtülmüş dib, tək yaxud çoxlaylı sxem, zərurət olduqda qum nəzarəti elementləri ilə.

Lay təzyiqi öz-özünə axın üçün kifayət etmədikdə mexaniki qaldırma üsulu layihələndirilir: ştanqlı dərinlik nasosu, elektrik mərkəzdənqaçma nasosu və ya qazlift. Seçim quyunun profilinə, gözlənilən debitə, qaz amilinə və mayenin xüsusiyyətlərinə əsaslanır.

EWD tamamlanmanın layihələndirilməsini, avadanlığın təchizatını, sahədəki əməliyyatlara texniki nəzarəti və quyunun sifarişçiyə sənədləşdirilmiş şəkildə təhvil verilməsini öz üzərinə götürür.

Layihəniz var? Gəlin enerjinin gələcəyini birlikdə quraq

Xidmətlər